Ötən ay Azərbaycanda dövlət sərhədini pozan 47 nəfər saxlanıb

İyun ayı ərzində dövlət sərhədini pozduqları üçün 47 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətindən APA TV-yə verilən məlumata görə, onların 24-ü Azərbaycan, 11-i Özbəkistan, 3-ü Rusiya, 2-si İran və digərləri Gürcüstan, Nigeriya, Moldova, Tacikistan, Qırğızıstan, Ukrayna, Almaniya vətəndaşlarıdır.

Ötən ay sərhəd rejim qaydalarını pozduqlarına görə 10 nəfər saxlanılıb. Dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanların tərəfindən axtarılan 223 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 4 kiloqram 326 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Ay ərzində Astara, Lerik, Yardımlı və Zaqatala rayonlarının ərazisində dəyəri 163 min manat olan qaçaqmalın, 4 ədəd tapançanın, 2 ədəd 16 mm-lik tüfəngin, 114 ədəd müxtəlif ölçülü patronun , 1 ədəd zirehli gödəkcənin, 15 ədəd elektroşokun, 1 ədəd beşbarmağın, 35 ədəd qızıl-gümüş qol saatın, 34500 Avropa valyutasının, 636 ədəd arağın, 1780 qutu siqaretin, 131,900 ədəd dərman preparatının, 1 baş atın, 145 ədəd pirotexniki vasitənin, ərzaq və sənaye məhsullarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Müəllif | Apa.Tv
Apa.tv