Gəncədə qətl hadisəsi törədilib. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Atatürk prospektində baş verib. 1964-cü il təvəllüdlü Firuzə Vəliyevanın meyiti yaşadığı ünvanda aşkarlanıb. Verilən məlumata görə, Vəliyeva Firuzə Mahmud qızı Nizami rayonu ərazisindəki yataqxanada yaşayıb. Vətəndaşların bildirdiyinə görə, qətlə yetirilmiş qadın şəhərdə “Faya” ləqəbi ilə tanınıb və yüngül həyat tərzi keçirib. Qonşularının xəbərdarlıqlarına baxmayaraq qadın həyat tərzini dəyişməyib. Hətta onun azyaşlıları da fahişəliyə cəlb etməsi barədə söz-söhbətlər yayılıb. Bu dəfə qadının evinə gələn qonşusu Buleqbayev Kazbek Yusif oğlu tərəfindən yumruq-təpiklə vəhşicəsinə döyülərək, amansızlıqla öldürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.