Qəzza sektorunda müharibə: 98 ölü, 670 yaralı
İsrail ordusu bu gün Qəzza sektorundakı hədəflərə yenidən zərbələr endirib. Hava zərbələri nəticəsində 5 nəfər ölüb, onlardan biri uşaqdır. Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Kudra ölənlərin sayının 98-ə çatdığını, ən azı 670 yaralının olduğunu açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu kabinetin 7 saatlıq toplantısını keçirib. Toplantıda Qəzza sektoruna qurudan hücum planı müzakirə olunub. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Cen Psaki İsrailin qurudan əməliyyatlara başlamaq niyyəti ilə bağlı bildirib ki, heç kəs belə hücumu istəmir. "Həmas"ın İsrailə raket atmağı təcili dayandırması bu üzdən çox önəmlidir. Bu addım gərginliyi azaldacaq."
General Sammi Turgeman əməliyyatları genişləndirə biləcəyi və müharibənin daha çox sürəcəyini bildirib. İsrail 40 min ehtiyatda olan əsgərin səfərbər etməyə çalışır, artıq Qəzza sektoru ilə sərhəddə tank birləşmələri yerləşdirilib. İsrailli siyasətçilər hava hücumlarından sonra Qəzzanın işğal ediləcəyi barədə fikirlər səsləndirir.