Bakıdakı “Atletlər kəndi”ndən XÜSUSİ REPORTAJ
Hal-hazırda 2015-ci ildə keçiriləcək Avropa Oyunlarında idmançıların yaşayacağı “Atletlər kəndi”ndəyik. Burada 7500-dən artıq idmançının və rəsmi şəxslərin qalması üçün şərait yaradılıb.
Burada 13 əsas bina və bir neçə yardımçı bina yerləşir. Ümumi sahəsi 383 min kvadratmetrdir. Otaqlar ölçüsünə görə olimpiya standartlarından xeyli fərqlidir. Bu otaqların ölçüsü qəbul edilmiş normadan iki dəfə böyükdür. Təşkilatçıların verdiyi məlumata görə, bu kompleksdə 2, 3 və 4 otaqlı 1161 mənzil var. Mənzillərin böyük hissəsi tam təmir edilib və artıq istifadəyə verilib. Ərazisi kifayət qədər böyükdür.
“Atletlər kəndi”nin direktoru Donna Taylor deyir ki, bu super istirahət zonalarında Azərbaycan yeməkləri veriləcək: “Atletlərin burada təhlükəsiz şəraitdə yaşaması üçün Azərbaycanın dövlət təhlükəsiz orqanları və Bakı Avropa Oyunlarının Təşkilat Komitəsinin təhlükəsizlik xidmətləri ilə sıx əməkdaşlıq edirik. Təhlükəsizliyi tam təmin edəcəyik”.
İlk Avropa Oyunları zamanı idmançılarla yanaşı xeyli sayda rəsmi şəxs də gələcək. Kompleks daxilində onların asudə vaxtlarını necə keçirəcəkləri də nəzərə alınıb.
Burada idmançıların istirahət etməkləri üçün 13 istirahət mərkəzi nəzərdə tutulub. Bunlardan 4-ü daha geniş imkanlara malikdir.
Artıq bu kompleksin təhvil veriləcəyi tarix də məlumdur. Donna Taylor deyir ki, “Atletlər kəndi” öz görkəminə görə unikal komplekslərdən biri olacaq: İşlərin böyük əksəriyyətini arxada qoymuşuq. Hər şey plana uyğun davam edir. Bu ilin sonunda “Atletlər kəndi” tam hazır olacaq”.