"Alimlərin səhiyyə problemlərinin həlli üçün tibbi müəssisə yaradılacaq". APA TV-nin məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib. Onun sözlərinə görə, alimlərin sosial problemləri olduqca vacib bir istiqamətdir və akademiya tərəfindən alimlərin təkcə mənzil şəraitini yaxşılaşdırmaq deyil, sosial problemlərinin həllinə də kompleks şəkildə baxılır.
“Alimlərin mənzil, səhiyyə problemləri bir kompleks şəkildə işləniləcək. Biz akademiyanın poliklinikasını yaratmağı nəzərdə tuturuq ki, alimlərin də özünəməxsus bir poliklinikası olsun və orada müalicə ala bilsinlər”.
Akif Əlizadə Azərbaycanda elmi nəticəsi olmayan və elmə zərər gətirən nəşrlərin hələ də çap olunduğunu deyir.
"Bunun qarşısını almaq üçün müəyyən göstərişlər verilib. Mən bu haqda müəyyən göstərişlərimi vermişəm. Biz redaktə şurasını təşkil edəcəyik və burada seçilmiş alimlərin istedadına arxalanaraq, bu istiqamətdə tədbirlər görəcəyik”.
Qeyd edək ki, Akademiyaya keçirilən seçkilərdə 26 həqiqi, 50 müxbir üzv seçilib. Ümumilikdə isə AMEA da 194 alim, 74 həqiqi üzv fəaliyyət göstərir. Bu ilk dəfə olaraq Nizami Gəncəvinin şəkli həkk olunan döş nişanı akademiyanın yeni seçilmiş üzvlərinə təqdim edilib.