Kərkükdə iki terror aktı nəticəsində 13 nəfər ölüb

İraqın Kərkük şəhərində törədilən iki terror aktı nəticəsində 13 nəfər ölüb. APA TV-nin məlumatına görə, əvvəlcə nəzarət məntəqəsi yaxınlığında terrorçu-kamikadze minalanmış avtomobili partladıb, 2 polis əməkdaşı həlak olub.

Kərkükün şimal bölgəsində isə dinc sakinləri daşıyan mikroavtobus minaya düşüb. Nəticədə ikisi uşaq, dördü qadın olmaqla 11 nəfər ölüb.

 

Müəllif | Apa.Tv