Yaponiyada 6,8 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib

Yaponiyada 6,8 bal gücündə zəlzələ baş verib. APA TV-nin məlumatına görə, yeraltı təkanların episentri Fukusima prefekturasından şərqdə, Sakit okeanda yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilib.

Təbii fəlakətlə əlaqədar ümummilli xəbərdar etmə sistemi işə düşüb. Ölkənin bütün mobil qurğularına müvafiq bildirişlər gəlib.

Müəllif | Apa.Tv