İsrail Qəzzanı vurdu; Həmas cavab verdi

İsrailin Qəzza zolağına iki  hava zərbəsi endirməsi nəticəsində daha 5 fələstinli ölüb. APA TV-nin məlumatına görə, Həmas təşkilatı İsrailin bu hücumunu cavabsız qoymayıb. Ancaq İsrailə atılan raketlər Tel-Əvivdə havadaykən vurulub. Həmasın hücumu ilə bağlı paytaxtda “Həyəcan siqnalı” verilib. Raketlə vurulması güman edilən yerlərdə əhali sığınacaqlara yerləşib. Amma önləyici tədbirlərə baxmayaraq Həmas İsrailin Aşdod şəhərində yanacaq doldurma məntəqəsini vurub. Partlayış zamanı 3 nəfər yaralanıb. Birləşmiş Millətlər Təşkilatının nümayəndələri Aşdoda gələrək araşdırmalara başlayıblar

Müəllif | Apa.Tv