Seperatçılar Poroşenkonun atəşkəs təklifini rədd ediblər

Ukrayna ordusu ilə Rusiya tərəfdarı olan  separatçı qruplar arasındakı qarşıdurma davam edir. APA TV-nin məlumatıa görə, separçılar rəsmi Kievin atəşkəs çağrışını rəd ediblər.


ABŞ prezidentinin köməkçisi Joe Bidenlə telefonda danışan prezident Poroşenko bildirib ki, seperatıçılarla danışığa getmək və sülhə nail olmaq üçün bir neçə dəfə onlara müraciət edib. Ancaq Rusiyanın açıq dəstəyinin alan separatçılar danışıqlardan imtina ediblər. 

Seperatçılar tərəfindən tutulan şəhərlərdə hərbi əməliyyatlar davam etdirilir. Ukrayna ordusu  Donetskdə  şəhərə giriş-çıxışa nəzarət etmək üçün xüsusi postlar qurub.

 

Müəllif | Apa.Tv