Erməni əsgər məhv edilib

Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində bir erməni hərbçisi öldürülüb.

 

APA TV-nin ermənilərə məxsus "razm.info" saytına istinadən verdiyi məlumata görə, hadisə ötən gün saat 15:00-da cəbhə xəttinin cənub-şərqində baş verib. Atışmada Ermənistan Ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Movses Qasparyan Azərbaycan əsgərləri tərəfindən öldürülüb.

Müəllif | Apa.Tv
Apa.tv