Bürünc medal kimin olacaq?

İyulun 13-də Bakı vaxtı ilə saat  01:00-da baş tutacaq Braziliya-Hollandiya  oyununu bütün azarkeşlər səbirsizliklə gözləyir.  APA TV-nin məlumatına görə, XX dünya çempionatında üçüncü yer uğrunda oyunu  hakim Camel Haymudi idarə edəcək. Bu, əlcəzairli hakimin  mundialda idarə etdiyi dördüncü matç olacaq. 43 yaşlı Camel Haymudi bu turnirdə qrup mərhələsinin Avstraliya-Hollandiya (2:3), Kosta Rika-İngiltərə (0:0) və 1/8 final mərhələsinin Belçika-ABŞ (2:1) oyunlarını idarə edib. İndi isə oyun barədə.

 

Çempionatın bürünc medallarını boyunlarından asmaq arzusu ilə alışıb yanan braziliyalılar nəyə qadir olduqlarını sübut etməyə çalışacaq. Almaniya ilə oyunda yaşadığı biabırçılığı hər kəsə unutdurmaq istəyən ev sahibləri Hollandiya millisinə güclərini -  daha dəqiq desək, özlərini təsdiq etməyə çalışacaqlar.

 

Lui Van Qalın komandası isə bu mundialda nəyə qadir olduqlarını ispanları  5 :1 hesabı ilə məğlub etməklə göstəriblər. Hollandlar Braziliyadan fəqli olaraq, 90 dəqiqəlik müddətdə məğlub olmayıblar. Yarımfinalda Arqentina millisinə də  təyin olunan 11 metrlik zərbələrdən sonra boyun əyiblər. Van Qalın komandası topların fərqində də braziliyaları qabaqlayır. Meydan sahiblərinin Almaniyaya 1 : 7 məğlubiyyəti onların top fərqinə də təsir edib. Nə qədər acınacaqlı olsa da,  braziliyalılar  bu məğlubiyyətlə  dünya çempionatları tarixində yarımfinal mərhələsində ən böyük hesabla uduzan  komanda adını da qazanıblar.    

 

Müəllif | Apa.Tv