Bakıda dindarlar arasında kütləvi dava: 1 ölü, 1 yaralı - YENİLƏNİB

Dindarlar arasında düşən mübahisə  ölümlə nəticələnib. Baki Şəhər Baş Polis İdarəsindən  APA TV-yə verilən məlumata görə, iyulun 12-də Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Fərid Həsənovla dindar yoldaşı Samur Həsənov arasında mübahisə yaranıb. Məsələyə aydınlıq gətirmək məqsədi ilə tərəflər Biləcəri qəsəbəsində dairə deyilən ərazidə görüşüblər. 6-cı polis bölməsindən verilən məlumata görə,  mübahisədə təxminən 8 nəfər iştrak edib. Samur Həsənov əvvəl din yoldaşı Fərid Həsənovu boyun nahiyəsindən odlu silahla yaralayıb. Onun qardaşı, 1977-ci il təvəllüdlü Şəhriyar isə qarın nahiyəsindən bıcaqlanıb. Fərid aldığı  xəsrətdən hadisə yerinin 100 metr yaxınlığında ölüb.

 

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədən qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samur Həsənov tutulub. 

 

Hadisədə iştrak edən 6 nəfər də saxlanılıb. 

 

Müəllif | Apa.Tv
Apa.tv