"Ermənistanın xarici siyasəti" kitabı təqdim olundu

Bu gün Bakıda "Ermənistanın xarici siyasəti" adlı kitab təqdim olunub. Kitabın müəllifi, siyasi elmlər doktoru Hatəm Cabbarlı APA TV-yə deyib ki, monoqrafiya 1991-ci ildən 2012-ci ilə qədər olan hadisələri əhatə edir. Kitab 9 fəsildən ibarətdir. Burada Ermənistanın Azərbaycan, İran , Türkiyə, Rusiya, ABŞ və Avropa Birliyi ilə bağlı xarici siyasəti dəyərləndirilib: "Kitabda Ermənistanın xarici siyasət kursunda aqressivlik, işğalçılıq siyasətinə diqqət çəkilib. Xüsusilə, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi məsələsi, Dağlıq Qarabağ problemi geniş təhlil edilib".

 

Millət vəkili Musa Qasımlı tədbirdəki çıxışında kitabın gənc tədqiqatçılar üçün bir örnək olacağını söyləyib: "Ermənistan xarici siyasətinin formalaşmasına təsir göstərən ən mühüm yerlərdən birini erməni kilsəsi tutur. Ermənistanın xarici siyasətində hisslər yoxdur, yalnız strateji maraqlar var. O maraqların da təməli on doqquzuncu əsrdə formalaşıb və davam edir".

 

Millət vəkili Fazil Mustafa monoqrafiyanın böyük elmi və siyasi əhəmiyyət daşıdığını deyib. Bildirilib ki, "Ermaninstanın xarici siyasəti " adlı monoqrafiya tədris olunmalıdır.

 

Kitabın baş redaktoru Nazim Cəfərov, redaktorları Vüqar Hüseynov və Araz Aslanlıdır.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı