Bu ilin məzunları qəbul imtahanında sualların çətin olduğunu iddia edirlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün cari ilin məzunlarına  I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.  APA TV-nin xəbərinə görə, imtahan 11 şəhərdə təşkil olunub. İmtahanların idarə olunmasına 220 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2429 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda 28955 abituriyent iştirak edib. Onlardan 21828 abituriyent I qrup üzrə, 7127 abituriyent IV qrup üzrə imtahan verib. 16 nəfər ali təhsil müəssisələrinin, 791 nəfər orta ixtisas təhsili müəssisələrinin məzunudur. 184 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1988-ci ildən, ən gənci isə 1997-ci ildəndir. İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanıb.  

 

Çəkiliş apardığımız imtahan zalında  qanun pozuntusuna yol verən olmasa da, imtahana gəlməyənlər də var idi.

 

Abituriyentlərin əksəriyyəti isə sualların çətinliyindən şikayətlənirdi.

 

Qeyd edək ki, imtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və "Facebook" səhifəsində yerləşdiriləcək.   

 

Müəllif | Apa.Tv
Almaz Qasımova