Şabranda dəhşətli qəza: 10 yaralı

Bakı-Quba Rusiya Federasiyası dövlət sərhəddi yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza magistralının 132-ci km-də, Şabran rayonunun Gəndob kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Vüsal Rzayevin idarə etdiyi “BMW” markalı avtomaşınla Siyəzən rayon sakini, 1986-ci il təvəllüdlü Ənvər Mahmudovun idarə etdiyi “VAZ 2106” markalı avtomaşın toqquşub. Qəza nəticəsində hər iki maşının sürücüsü və  sərnişinləri  - 1986-cı il təvəllüdlü Rəqsanə Quliyeva, 1972-ci il təvəllüdlü Vətən Quliyev, 2008-ci il təvəllüdlü Mehriban Məmmədtağıyeva, 2010-cu il təvəllüdlü Gülsurə Quliyeva, 1986-cı il təvəllüdlü Ofelya Məmmədtağıyeva, 1982-ci il təvəllüdlü Əflatun Aslanov, 1968-ci il təvəllüdlü Nəzakət  İbrahimova və 1987-ci il təvəllüdlü Səbinə Rzayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 4 nəfər stasionar qaydada müalicələrini davam etdirir və  vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Qalanları isə ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan