Almaniya-Argentina oyununa biletlərin qiyməti 20 min dollara yüksəldi

İyulun 13-də keçiriləcək futbol üzrə dünya çempionatının final oyununa biletlərin qiymətləri "qara bazar"da 20 min dollara çatıb. Braziliyanın Rio De Janeyro şəhərindəki "Maracana" staionunda baş tutacaq Almaniya-Argentina qarşılaşmasını meydanda izləmək istəyənlər rəsmi qiymətlərdən dəfələrlə çox pul ödəməlidirlər. Biletlərin üzərində qiymətlərin 440-990 dollar arasında olduğu yazılsa da, 3 gün əvvələ qədər 12 min dollara yüksəlib. Oyuna 1 gün qalmış isə yerinə görə biletlər 5-20 min dollardan satılır.

 

Qiymətin bu qədər yüksəlməsinin səbəbinə gəlincə, bunun ABŞ-da final oyununa marağın həddən çox artması ilə əlaqəli olduğu bildirilir. Final qarşılaşmasının keçiriləcəyi "Maracana" stadionu 75 min nəfərlikdir. FİFA matçı stadionda izləmək istəyənlərinin sayının 750 min nəfər civarında olduğunu açıqlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv