24 yaşlı sürücünün ötmə əməliyyatı qəzaya səbəb oldu: 2 yaralı

Şirvanda baş verən yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.  Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə Şirvan şəhərinin Heydər Əliyev prospektində baş verib.

 

Şirvan sakini,  24 yaşlı Mənsimov Əlikram Əlisahib oğlu idarə etdiyi “Lada-Priora” markalı avtomobillə ötmə əməliyyatı zamanı qarşıdan gələn Şirvan sakini 38 yaşlı Qocayev Elnur Qurban oğlunun idarə etdiyi  VAZ 2106 markalı avtomobilin yoluna çıxaraq qəza törədib. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı