Lənkəranda qorxulu yaşam: ilanlar yaşayış evində məskən salıb!

Lənkəran şəhər sakini Elmira Əliyevanın rahatlığı iki ildir ki, pozulub. APA TV-nin cənub bürosuna verdiyi məlumata görə,  ilanlar ona məxsus fərdi yaşayış evini özlərinə məskən salıb. Son bir neçə gün ərzində isə Elmira xanım 6 ilanı öldürərək, cəsədlərini kimi şəhərin aidiyyəti qurumlarına aparıb. 

 

Doğrudur, aidiyyəti qurumlar Elmira Əliyevanın müraciətindən sonra onun evinə gələrək mövcud vəziyyətlə yerində tanış olublar. Həyətdə dezinfeksiya və dərmanlama tədbirləri görülüb.  Lakin bütün bunların heç bir faydası olmayıb.  İlanlar yenə əvvəlki kimi dərmanın üstündəcə gəzib dolaşır və heç nə onlara təsir etmir. Ev sahibəsi indinin özündə də evinin damında ilanların məskunlaşdığını  deyir və onların uşaqlara xəsarət yetirməməsi üçün  gecələr yatmadığını bildirir.

 

Elmira Əliyeva aidiyyəti qurumlardan kömək istəyir.

Müəllif | Apa.Tv