Könüllülər İŞİD-i dayandırdı

İraq ordusu iyulun 12-də İŞİD qüvvələrinin Anbar əyalətində yerləşən strateji əhəmiyyətli Xadita şəhərinə hücumunu dəf edib. APA TV-nin verdiyi xəbərə görə, bu barədə İranın Press TV telekanalı məlumat yayıb. Məlumata görə, terrorçuların hücumunun dəf olunmasında həlledici rolu hava nəqliyyatı ilə vaxtında Anbar əyalətinin paytaxtı Ramadi şəhərinə göndərilmiş 3 min könüllüdən ibarət dəstə oynayıb. İraq mətbuatı isə xəbər verir ki, ordu qüvvələri könüllülər ilə birlikdə İŞİD dəstələrinin bir çox istiqamətdə irəliləməsinin qarşısını almağa müvəffəq olub.  

Müəllif | Apa.Tv
Apa.tv