Azərbycanlı idmançılar erməniləri darmadağın etdi

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət otüstü xokkey komandası Ermənistan yığmasını darmadağın edib. APA TV-nin məlumatına görə, Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa birinciliyində xokkeyçilərimiz əvvəlcə  Cəbəllütariq yığmasını 3:2 məğlub edib. Daha sonra qrup mərhələsinin ikinci oyununda Ermənistanı 4-1 hesabı ilə məğlub edərək  finala vəsiqə qazanıb. Qeyd edək ki, finalda gənclərdən ibarət yığmamız İsveçrə xokkeyçiləri ilə qarşılaşacaq.

 

Müəllif | Apa.Tv