Nabranda növbəti reyd: 60 sürücü cəzalandırıldı

Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə həftə sonu  Nabran qəsəbəsi ərazisində reyd keçirib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər barədə protokol tərtib edilərək, qanuna müvafiq tədbirlər görülüb. Bəzi hallarda sürücülər polis əməkdaşlarını tələblərinə əməl etməkdən boyun qaçırıb.

 

Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin  APA TV-nin şimal bürosuna verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 60 sürücü barədə protokol tərtib edilib. Əliağa Əsgərbəyli bildirib ki, bu kimi reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.

 

Müəllif | Apa.Tv
Vəli Turan