Bakıda baş verən yanğında 1 hektar ərazi yanıb

Bakıda yanğın hadisəsi baş verib. Xətai rayonu, Cavanşir küçəsində qeydə alınan yanğında 1 hektara qədər ərazi yanıb. Hadisə yerinə Xətai rayon Fövqəladə Hallar Nazirliyinin  yanğınsöndürmə briqadasının bir neçə  avtomobili və canlı qüvvəsi cəlb olunub.  Havanın küləkli olması yanğının tezliklə ətrafa yayılmasına səbəb olub.  Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Yanğın nəticəsində ərazidə olan tullantılar, qamışlıq sahə və bir neçə ağac yanaraq kül olub. Yanğının ətrafda yerləşən köhnə tikililərə keçməsinin qarşısı alınıb.

 

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı