Netanyahu: “Qəzzaya hücumlar davam edəcək”
İsrail Fələstinin Qəzza şəhərini havadan və dənizdən bombalağa davam edir. APA TV-nin məlumatına görə, bir neçə gün öncə əlil evini hədəfə alan İsrail ordusu 20 mindən çox fələstinlinin qaldığı Mağhazi sığınacağını bombalayıb. İsrailin baş naziri Benyamin Netanyahu yüzlərlə fələstinlinin öldüyü hücuma haq qazandıraraq hadisəni terrorla mübarizə adlandırıb.
O bildirib ki, məqsədləri Qəzza sərhəddində sakitlik yaratmaqdır. Bunun üçün Həmas terror təşkilatına zərbə vurmaq məqsədi ilə ordu hazır vəziyyət gətirilib. Netanyahu bildirib ki, hələlik hava və dənizdən hücumlar olacaq. Hərbi əməliyyatlarla bağlı ehtiyyatda olan 40 min əsgər orduya çağırılıb. Eyniza zamanda Fələstinlə İsrail sərhəddində xüsusi postlar qurulub.