Rusiya XİN: “Bu hücuma çox sərt şəkildə cavab veriləcək”

Ukraynanın atdığı raketin Rusiyanın Rostov şəhərində bir evi uçurması və bir nəfərin həyatını itirməsi iki ölkə arasında münasibətləri daha da gərginləşdirib.

Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, bu hücuma çox sərt şəkildə cavab veriləcək.

Digər yandan Ukraynanın hərbi təyyarələri Donetsk yaxınlarında seperatçılara qarşı əməliyyatlara davam edir. Yerli sakinlər hərbi əməliyyat nəticəsində həyatları üçün təhlükə yarandığından şəhəri tərk etmək məcburiyyətində qalıblar. 

Müəllif | Apa.Tv