14 yaşlı oğlan dənizdə batıb, 4 nəfər isə xilas edilib
İyulun 13-də 2000-ci il təvəllüdlü Maşalla Dövlət oğlu Ağatağıyev Abşeron rayonu ərazisində dənizdə (“Fatmayi” sularda xilasetmə məntəqəsindən, təxminən, 1000 m məsafədə, nəzarət olunmayan ərazidə) batıb.
APA TV-nin xəbərinə görə, FHN müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. M. Ağatağıyevin cəsədi batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Suraxanı rayonunda 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. Daha 1 nəfər isə Sumqayıt şəhəri, “Corat” sularda xilasetmə məntəqəsi ərazisində dənizdə batmaq təhlükəsi ilə üzləşib. Sabunçu rayonu ərazisində də analoji hadisə baş verib. “Bilgəh” sularda xilasetmə məntəqəsi ərazisində 2 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. Vətəndaşlar FHN-in dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər.