Roma papası pedofilləri kötəkləyəcək

Roma Papası Françesko pedofil din adamlarını dəyənəklə döyəcək. APA TV-nin xəbərinə görə, İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verən katolik kilsəsinin lideri pedofillərə qarşı İsa peyğəmbər kimi davranacağını bildirib. Argentinalı papa uşaqların cinsi istismarını təsəvvür edilə biləcək ən qorxunc və çirkin hərəkət, pedofilin kilsədə cüzam xəstəliyi olduğunu qeyd edib: "Bir çox məsləkdaşım mənimlə birgə buna qarşı mübarizə aparır. Kilsədə pedofilliyin 2 faiz olduğuna dair məlumatlar var. Bu, məni rahatlamalıdır, ancaq heç də sakitləşdirmir".

 

Françesko 2 faizin içərisində rahiblərin, hətta yepiskopların və kardinalların da olduğunu, bu durumun dözülməz olmasını və bununla ciddi mücadilə etmək istədiyini bildirib.

 

Papa İsa peyğəmbərin əxlaqi olaraq ibadətxanaları kirləndirənlərə qarşı dəyənək istifadə etdiyini xatırladıb. Özünün də bu üsuldan istifadə edəcəyini vurğulayıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı