Edam olunan məhkum son anda xilas oldu - REAL GÖRÜNTÜ

İranda edama məhkum edilmiş şəxs ölümdən son anda xilas olub. APA TV-nin xəbərinə görə, edam və xilasetmə anının görüntüləri sosial şəbəkələrdə yayılıb. Həmin gənc qətldə təqsirli bilinib. Boğazına ip keçirilərək  asılan gəncin can verməsinə dözə bilməyən zərərçəkmiş ailə oğullarının qatilini əfv edib. Edama qədər bir neçə dəfə ailədən qatili əfv edib-etmədiyini soruşublar. Mərhumun anası qatili bağışlamadığını bildirsə də, edam həyata keçirilərkən fikrini dəyişib. Gənc ipdən xilas edilib. Ölümdən dönən şəxs hönkürərək ağlayıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı