3 uşaq anası abortdan sonra öldü - YENİLƏNİB

Hacıqabulda üç uşaq anası abortdan 12 gün sonra vəfat edib. Mərhumun həyat yoldaşı Elşən Əzizovun APA TV-yə verdiyi məlumata görə, hadisə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Atbulaq kənd sakini, 1990-cı il təvəllüdlü, Əsmər Əli qızı Əzizovanın bətnində olan körpə abort vasitəsilə xəstəxanada götürülüb. Hadisədən iki gün sonra qadının halı pisləşdiyindən, yenidən əməliyyat olunub. Əməliyyat olunan qadın bu gün səhər saatlarında xəstəxananın reanimasiya şöbəsində ölüb: "Ayın 3-ü abrota gedib, qayıdandan sonra ayaqları tutulub".

RMX-nın doğum Şöbəsinin müdiri Rəfiqə həmzəyeva isə deyib ki, ayın 30-da iki aylıq hamilə olan qadında düşük faktı qeydə alınıb. O, qan axmayla ayın 3-də xəstəxanaya müraciət edib: "Uşaqlıqda cift qalıqlarının şübhəsi ilə qanaxmanı təmizləmək üçün qadın əməliyyat olunub. Ona təkidlə xətəxanada yatmaq təkid olunub. Lakin qadın razılaşmayıb. Ona görə də ona mülaicə yazılıb".

Həkimin sözlərinə görə, terapevt müalicə yazıb və müalicəyə başlayandan sonra xəstənin vəziyyəti ağırlaşıb. Vəziyyəti ağırlaşdığından o, yenidən Hacıqabul rayon xəstəxanasına çatdırlıb. Başqa həkimlər də xəstəxanaya cəlb olunub. Bun abaxmayaraq, qadının həyatını xilas eymək mümkün olmayıb.

Meyit müayinə olunmaq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə aparılıb.
 

Müəllif | Apa.Tv
Almaz Qasımova