Daha bir DOĞUŞ FACİƏSI: ana öldü

Azərbaycanda doğuş zamanı daha bir ana ölümü baş verib. Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, hadisə Qazax rayonunda qeydə alınıb. Rayonun Daş Salahlı kənd sakini Şəhla Abdullayeva iyulun 13-də Qazax Rayon Doğum evində doğuş zamanı ölüb. Faktla bağlı araşdırma aparır.

 

Müəllif | Apa.Tv