Məşhur futbolçunun atası qətlə yetirildi

Kamerun milli komandasının futbolçusu Nikolas NKoulounun atası amansızlıqla qətlə yetirilib. Braziliyada keçirilən futbol üzrə dünya çempionatında uğursuz nəticə göstərərək, qrupdan çıxa bilməyən yığmanın 2-ci kapitanının atasının meyiti öz maşınında aşkarlanıb. Həmin şəxsin yandırılaraq qətlə yetirildiyi müəyyənləşib.

 

Fransa mətbuatı qətlin çempionatda əldə edilən uğursuz nəticə ilə əlaqləli olduğunu yazıb. Bildirilir ki, məqsəd futbolçulara göz dağı verməkdir.

 

Nicolas NKoulounun 2010-cu ildə keçirilən dünya çempionatından sonra anasını itirdiyi üzə çıxıb.

 

Müəllif | Apa.Tv
Apa.tv