4 ton narkotik məhv edildi

Balakən rayon sakininin yaşadığı evin həyətyani sahəsində aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli bitki aşkarlanıb. APA TV-nin məlumatına görə, rayonun Xalatala kənd sakini, 1947-ci il təvəllüdlü Əhməd Ömər oğlu Şəfiyevin yaşadığı evin həyətyani sahəsinə baxış keçirilib. Nəticədə tərəvəz əkilən sahədə xiyar və lobya arxlarının arasında, xüsusi kultivasiya və aqrotexniki qaydada qulluq edilmiş  ümumi çəkisi 14 kq olan, 10 ədəd, hündürlüyü 50 sm-dən 2 m-ə qədər olan narkotik tərkibli bitki hesab edilən çətənə kolu aşkarlanıb. Əhməd Şəfiyev rayonu tərk etməmək barədə müvafiq izahat alındıqdan sonra sərbəst buraxılıb.

 

Qaxda isə külli miqdarda narkotik tərkibli bitki məhv edilib. “Xaş-xaş 2014” şərti adı altında keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Fıstıqlı kəndi yaxınlığında meşə zolağının boş istifadəyə olunmayan 1,7 hektar ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib. Ərazidən 12700 ədəd, ümumi çəkisi 3900 kq yabanı halda bitmiş çətənə kolları yığılaraq yandırılma yolu ilə məhv edilib.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov