Bakıda dindarlar arasındakı kütləvi davanın təfərrüatları məlum olub

İyulun 12-də Bakıda dindarlar arasında baş vermiş kütləvi davanın bəzi təfərrüatları məlum olub. Bir qardaşın ölüm, digərinin ağır yaralanması ilə nəticələnən silahlı insident şəxsi münaqişə zəminində baş verib. Hadisə Binəqədi rayonu ərazisində,  Biləcəri qəsəbəsindəki Y.Hüseynov küçəsində  qeydə alınıb. 8 nəfərin iştrak etdiyi mübahisədə qəsəbə sakinləri olan Fərid Həsənov aldığı xəsarətdən ölüb, onun qardaşı, 1977-ci il təvəllüdlü Şəhriyar Həsənov isə bıçaq yarası ilə xəstəxanaya çatdırlıb. 4 bıcaq yarası ilə Mərkəzi Klinik xəstəxanaya yerləşdirilən Şəhriyar Həsənov əməliyyat olunub. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, Şəhriyar Həsənov reanimasiya şöbəsindən palataya köcürülüb. Zərərcəkənin bildirdiyinə görə, dindar yoldaşları isə onun  arasında ədavət 3 il əvvəl söyüş üstündə başlayıb. Bu müddətdə dəfələrlə haqq-hesab çürütmək üçün görüşə çağırılan Şəhriyar qarşı tərəfin tələblərini yerinə yetirməyib, görüşdən yayınıb. Sonda qarşı tərəf onun kiçik qardaşı Fərid Həsənovu girov götürərək, Şəhriyarın Biləcəri qəsəbəsində istədikləri yerə getməsinə nail olublar. Şəhriyar hadisə yerinə çatan kimi ona ardıcıl bıçaq zərbələri endiriblər. Hadisə zamanı Fərid Həsənova da xəsarət yetirilib  və o, ölüb.

 

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədən qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samur Həsənov və digər 5 nəfər tutulub. Hadisə zamanı pnevmatik tapancadan istifadə olunduğu bildirilir.  

 

Müəllif | Apa.Tv