Orxan Zeynalov: "Mən heç kimi öldürməmişəm"

"Məni döyürdülər, ona görə də yalan ifadə vermişəm”. Bunu Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalov Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə bildirib.  APA TV-nın Moskva müxbirinin verdiyi məlumata görə, Orxan  Zeynalov ifadəsində Yeqor  Şerbakovu qətlə yetirmədiyini söyləyib. STAT "Mən heç kimi öldürməmişəm. Hadisə baş verən gün ümumiyyətlə Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim". statın sonu.

 

İlkin istintaqa verdiyi ifadənin əksinə danışan Orxan Zeynalov bildirib ki, saxlanılan zaman ona qarşı hüquq-mühafizə orqanları tərəfindən kobudluq olub. "Mən vəhşicəsinə döyülmüşəm. İstintaqa ifadə verən zaman isə özümdə olmamışam. Məni döyürdülər, ona görə də yanlış ifadə vermişəm" - deyə təqsirləndirilən şəxs bildirib.

 

Orxan Zeynalovun vəkili Viktor Anikuşkin APA TV-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, Zeynalov məhkəmədəki ifadəsi ilə müdafiə tərəfinin işini çətinləşdirib: "Əlbəttə ki, biz onun mövqeyini müdafiə edəcəyik. İstintaq materiallarında O. Zeynalovun Y. Şerbakova 20-yə yaxın zərbə endirdiyi bildirilib. Hadisənin baş verdiyi yerdə olan şahidlər isə Y. Şerbakovun üzü üztə asfalta yıxıldığını söyləyiblər”.

 

Ötən il oktyabrın 10-da Moskvada 25 yaşlı Y. Şerbakovun qətli böyük narazılığa səbəb olub. Qətlində şübhəli bilinərək tutulan Orxan Zeynalov ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədi ilə törətdiyini söyləyib.  

 

Müəllif | Apa.Tv
Apa.tv