Bulvarda kişi özünü dənizə atdı

Bakıda intihara cəhd olub. APA TV-nin məlumatına görə, hadisə ötən axşam paytaxtın Səbail rayonunda, Dənizkənarı Milli Parkın ərazisində baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə məlumat daxil olub ki, bir nəfər intihar məqsədilə özünü dənizə atıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb ediliblər. Özünü dənizə atan şəxs xilas edilib və aidiyyatı üzrə təhvil verilib.

 

Səbail Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, intihara cəhd edən şəxs Məmmədov Ruslan Şamil oğludur. Onun ruhi xəstə olduğu bildirilir.

 

Müəllif | Apa.Tv