Bir gündə eyni hərbi hissənin ərazisində iki yanğın

Azərbaycan Müdafiə Nazirliyinin Lənkərandakı keçmiş hərbi hissəsinin ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, hadisə dünən günorta saatlarında qeydə alınıb. Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Yanğınsönürənləri səyi nətincəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, 1,5 hektar ərazidə kol-kos yanıb.

Məlumata görə, iyulun 14-də  həmçinin Lənkəran şəhərinin Sahil küçəsində  yerləşən həmin  hərbi  hissəyə  məxsus ümumi ərazisi  4 hektar olan poliqonun 2 hektar sahəsində  kol-kos yanıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv