Cəlilabadda avtomobil velosipedçini vurdu

Cəlilabadda velosipedçinin vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin Heydər Əliyev prospektində Seyrəngah adlanan parkın yaxinliqinda qeydə alınıb. Rayon sakini Müslüm Miraqil oglu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə yolu velisopedlə keçmək istəyən   rayon sakini, 17 yaşlı Elməddin Quliyevi vurub.  Yaralı Cəlilabad rayon mərkəzi xəstəxanasının təcili yardim şöbəsinə yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərildikdən sonra vəziyyəti ağırlaşdığından Bakı şəhərindəki xəstəxanaların birinə yola salınıb.

 

Hadisənin “Mercedes”in yüksək sürətlə idarə olunması və eyni zamanda velosipedçinin təhlükəsizlik tədbirlərinə riayət etməməsi səbəbindən baş verdiyi bildirilir.

 

Faktla baglı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv