Moskva metrosunda ölənlərin sayı 19-a çatdı - YENİLƏNİB

Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 19-a çatıb.

 

“RİA Novosti”nin yaydığı məlumata görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi rəisinin müavini Aleksandr Qavrilov deyib.

 

Moskva merinin müavini Pyotr Biryukov isə jurnalistlərə açıqlamasında bildirib ki, artıq 12 nəfərin cəsədi çıxarılıb. Onun sözlərinə görə, hazırda Təcili Tibbi Yardım, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Yaralıların sayı isə 100 civarındadır.

 

Rusiya KİV-nin məlumatına görə, qəza metro qatarının 3 vaqonunun relsdən çıxması səbəbindən baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəisi Viktor Biryukov bildirib ki, elektrik xətlərində gərkinlik qəflətən aşağı düşüb və nəticədə siqnalizasiya sistemi yanlış olaraq işə düşüb. Bu isə qatarın qəflətən dayanmasına səbəb olub. 

Müəllif | Apa.Tv
Apa.tv