Skolari dövrü bitdi

Futbol üzrə 2014-cü il Dünya çempionatının yarımfinal qarşılaşmasında Almaniya yığmasına 7:1 hesabı ilə uduzan Braziliya millisinin baş məşqçisi Luiz Felipe Skolari istefa verib.

 

APA TV xəbər verir ki, FIFA-nın rəsmi internet səhifəsində yer alan məlumata görə, 65 yaşlı baş məşqçi işindən ayrılıb. Braziliya Futbol Federasiyası yığmadakı xidmətlərinə görə Skolariya təşəkkür edərək, onun istefasını qəbul edib.

 

Skolarinin özü isə "7:1 hesabı ilə uduzan baş məşqçi kimi xatırlanacağam. Baş məşqçiliyi qəbul edərkən bu risklərin olduğunu bilirdim. Heyəti və strategiyanı müəyyənləşdirən mən idim, bütün məsuliyyət mənim üzərimə düşür" deyə bildirib. 

Müəllif | Apa.Tv
Apa.tv