"Ded Xasan"ın azərbaycanlı "adam"ı həbs edilib

Sankt-Peterburq polisi cinayətkar dəstələr yaratmaqda və başçılıq etməkdə təqsirləndirilən, kriminal aləmdə "Alik Rıjiy" kimi ad çıxaran və məşhur "Ded Xasan"a yaxınlığı ilə tanınan azərbaycanlı "qanuni oğru"nu saxlayıb. Onun yaratdığı dəstələrin saysız-hesabsız quldurluq törətdiyi bildirilir. "Vesti.az"ın məlumatına görə, əsl adı Albert Heydərov olan "qanuni oğru" prokurorluq əməkdaşları tərəfindən həbs edilib. Əməliyyata hüquq-mühafizə orqanlarının "Tayfun" xüsusi təyinatlıları da cəlb edilib. Bundan əlavə, "Alik Rıjiy" saxta sənədlərin düzəldilməsində və istifadəsində də ittiham olunur. Məlum olub ki, 33 yaşlı kriminal avtoritet Rusiya ərazisində qeyri-leqal yaşayır. 

Müəllif | Apa.Tv
Apa.tv