Lənkəranda 17 yaşlı qızı maşın vurub

Lənkəranda yolu keçmək istəyən 17 yaşlı qızı yük maşını vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə iyulun 15-də şəhərin Şəhidlər Xiyabanı ərazisində qeydə alınıb. Lənkəran şəhər sakini, 1997-ci il təvəllüdlü Nigar Şahin qızı Məmmədzadə yolu keçmək istəyərkən, rayonun Türkəkəran kənd sakini, 1993-cü il təvəllüdlü Hakim Mübariz oğlu Tahirovun idarə etdiyi "Abadlıq" kombinatına məxsus zibil daşıyan “KamAZ” markalı yük maşını ilə vurulub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Məmmədzadə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər. Hadisəyə yük maşınının yüksək sürətlə idarə edilməsinin səbəb olduğu bildirilir.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

 

Müəllif | Apa.Tv