Qubada ata və oğlu bıçaqlandı

Qubada rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Zərdabi kənd sakinləri, 1976-cı il təvəllüdlü Ağamalıyev Səxavət Kamil oğlu və onun oğlu, 1997-ci il təvəllüdlü Firuz Ağamaliyev müxtəlif xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, F.Ağamalıyevin vəziyyəti yaxşı olduğundan o, ambulator müalicə üçün evə buraxılıb. Bel nahiyəsindən bıçaq xəsarəti alan S.Ağamalıyev əməliyyat olunub. Onun vəziyyəti isə orta ağırdır.

 

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxs və ya şəxslərin tutulub istintaqa verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan