Jurnalist Rauf Mirqədirovun həbs müddəti uzadılıb

Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində seçilmiş həb-qətimkan tədbirinin müddəti uzadılıb.

 

Vəkil Elmar Süleymanovun APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində istintaq orqanın R. Mirqədirovun həbs müddətinin uzadılması barəsində verdiyi təqdimata baxılıb. Məhkəmə R. Mirqədirovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha 4 ay uzadılması barədə qərar qəbul edib.

 

Qeyd edək ki, bundan əvvəl R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

 

R. Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. 

 

Müəllif | Apa.Tv
Apa.tv