Bir qardaşı öldürüb, digərini yaralayan şəxs: "Namaz əhliyik, gərək söyüş söyməyək"

İyulun 12-də Bakıda dindarlar arasında baş vermiş kütləvi davanın əsas iştrakçılarından biri olan 1978-ci il təvəllüdlü Samur Həsənov bu gün  təcridxanaya göndərilib. Bir qardaşın ölümü, digərinin ağır yaralanması ilə nəticələnən silahlı insident şəxsi münaqişə zəminində baş verib. APA TV-nin xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində,  Biləcəri qəsəbəsindəki Y.Hüseynov küçəsində  qeydə alınıb.

 

Samur Həsənov deyib ki, hadisəyə qarşı tərəfin onu küçə söyüşləri ilə təhqir etməsi səbəb olub: "Biz namaz əhliyik, Allah qarşısında ibarət ediriksə, gərək söyüş söyməyək".

 

8 nəfərin iştrak etdiyi mübahisədə qəsəbə sakinləri olan Fərid Həsənov aldığı xəsarətdən ölüb, onun qardaşı, 1977-ci il təvəllüdlü Şəhriyar Həsənov isə bıçaq yarası ilə xəstəxanaya çatdırlıb. 4 bıcaq yarası ilə Mərkəzi Klinik xəstəxanaya yerləşdirilən Şəhriyar Həsənov əməliyyat olunub.  Saxlanılan şəxsin sözlərinə görə Şəhriyar hadisə yerinə çatan kimi odlu silah çıxararaq, ona tərəf atəş acıb. Silahın pnevmatik tapanca yox həqiqi "Makarov" olduğunu zənn etdiyindən üstündə gəzdirdiyi bıcaqla onu və qardaşı Fərid Həsənovu vurub. Saxlanılan şəxs özü ilə bıçaq gəzdirməsinin səbəbini belə izah edib: "İftardan sonra qarpız yemək istəyirdik. Qərara almışdıq ki, bir yerdə oturaq yeyək. Bıcaqda üstümdə qalmışdı".  

 

Faktı Binəqədi rayon prokurorluğu araşdırır.

 

Müəllif | Apa.Tv