Əfqanıstanda bazar partladıldı: 89 ölü

Əfqanıstanda dəhşətli terror aktı törədilib. BBC-nin xəbərinə görə, ölkənin şərqində bir bazarda törədilən partlayış nəticəsində ən az 89 nəfərin öldüyü bildirilir.

 

Orqun bölgəsində bazar girən cip markalı avtomobil partladılıb. Həmin vaxt bazarda xeyli insan olub. Bu səbəbdən tələfat böyük olub. Hadisə zamanı 42 nəfər də yaralanıb. Ölən və yaralananların əksəriyyəti uşaq və qadındır.

 

Orqun Əfqanıstanın təhlükəsiz yerlərindən sayılır. Bölgə Pakistanda tayfaların nəzarətindəki ərazilərlərdə sərhəddə yerləşir.

 

Hələlik heç bir terror təşkilatı partlayışı üzərinə götürməyib.

Müəllif | Apa.Tv
Apa.tv