Obama: “Rusiyaya qarşı sərt tədbirlər görülməlidir”

ABŞ prezidenti Barak Obama Avropa Birliyini Rusiyaya qarşı sanksiyaları genişləndirməyə çağırıb. APA TV-nin məlumatına  görə, Ağ Evdə AB nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüş zamanı Obama Rusiyaya qarşı sərt tədbirlərin görülməsini təklif edib. Həmçinin ABŞ prezidenti vurğulayıb ki, Avropa Birliyi yeni sanksiyaların tətbiqindən boyun qaçırsa, o təkbaşına hərəkət etməyə hazırdır.

Məlumatlara görə, Rusiyaya qarşı yeni sanksiyalar iqtisadiyyat və müdafiə sektoruna aid olunacaq. 

Müəllif | Apa.Tv