Xanım sürücü maşını aşırdı, iki nəfər yaralandı

Paytaxtın Xətai rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Qəza zamanı xanım sürücünün idarə etdiyi “Seat” markalı avtomaşın yoldan çıxıb. Maşın əvvəlcə Təhlükəsiz Şəhər Kamerasının dirəyinə çırpılıb. Sürəti yüksək olduğundan avtomobil daha sonra aşıb. Qəza zamanı maşında olan iki sərnişin yüngül xəsarət alıb.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Onlar xanım sürücünü polis idarəsinə dəvət ediblər. Yarasız hala düşən avtomobil isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.

Müəllif | Apa.Tv