Azərbaycan Ordusu zabitini itirib

Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində ölüb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin zabiti, leytenant Vüsal Arif oğlu Qurbanov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Vüsal Qurbanov Babək rayonundan xidmətə çağırılıb.

Müəllif | Apa.Tv
Apa.tv