453 uşaq dilənçilik və cinsi istismardan xilas edilib
Meksikada keçirilən əməliyyat zamanı 453 uşaq xilas edilib. APA TV-nin xəbərinə görə, ölkənin baş prokuroru Xesus Murillo Karam bildirib ki, əməliyyat ölkənin qərbindəki Mixoakan vilayətində polis tərəfindən həyata keçirilib. Xilas edilən uşaqlar cinayətkar qrup tərəfindən bu vaxta qədər dilənçiliyə məcbur edilib, cinsi istismara məruz qalıblar.
Zamaro şəhərində keçirilən başqa əməliyyat zamanı isə bir evdən cinayətkar təşkilatın istismar etdiyi 138 həddi-buluğa çatmış şəxs xilas edilib, ev sahibi ilə birlikdə 9 nəfər şəxs saxlanılıb. Bölgədə "Mama Rozanın evi" kimi tanınan, dilənçilik və cinsi istismar məqsədi ilə qaçırılan şəxslərin saxlanıldığı "Böyük Ailə evi" adlı təşkilatın təxminən 40 ildir, fəaliyyət göstərdiyi bildirilir. Əməliyyat keçən il uşaqları qaçırılan ailələrin şikayətindən sonra başlanıb.