8 yaşlı oğlan dənizdə boğuldu


Ötən gün ölkə ərazisində 3 nəfər suda boğulub. Daxili İşlər Nazirliyindən (DİN) APA TV-yə verilən məlumata görə, Bakı şəhər sakini, 8 yaşlı Emin Axundov Goradil çimərliyində, Suraxanı rayonunda 63 yaşlı Vitali Aleksandroviç Zinovyey, Sumqayıt şəhərində isə 23 yaşlı Gülər Salmanova dənizdə çimərkən boğulub. Hər üç şəxsin cəsədi sudan çıxarılıb. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı