Sürücü dərəyə aşan avtomobildən özünü atdı
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb. 90 UT 772 dövlət nömrə nişanlı “DAMAS” markalı avtomobil dərəyə aşıb. Hadisə şahidlərinin sözlərinə görə, sürücü aşan avtomobildən çıxmağa macal tapıb. Sağ ayağından xəsarət alan sürücü yaxınlıqdakı Su Tikinti xəstəxanasına aparılıb.